AFFA İntizam Komitəsi “Kəpəz”i cərimələyib.
Newsport.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının 3-cü turunda “Turan Tovuz”la oyunda (1:0) yaşananlar səbəb olub.
Gəncə təmsilçisi 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “Kəpəz”ə 2500 manat cərimə kəsilib.
Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” 3000 manat ziyana düşüb.
Bundan əlavə, “Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “Qəbələ” 2500 manat ödəməli olacaq.