Mirbağır İsayev yenidən “Səbail”də

UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri Mirbağır İsayev klub səviyyəsində də fəaliyyət göstərəcək.
 
Newsport.az xəbər verir ki, tanınmış mütəxəssis “Səbail” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub.
İsayev yeni vəzifəsi ilə yanaşı, UEFA-nın Elit Məşq Layihəsindəki fəaliyyətini də davam etdirəcək. Beləliklə, mütəxəssis hər iki vəzifədə paralel çalışacaq.
 
Qeyd edək ki, “Səbail” Mirbağır İsayev üçün doğma klubdur. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi daha əvvəl də Bakı təmsilçisinin akademiyasına rəhbərlik edib. O, həmçinin “Səbail”in əvəzedici komandasının və aşağı yaş qruplarından ibarət kollektivlərinin baş məşqçisi kimi fəaliyyət göstərib.
 
Xatırladaq ki, İsayev bu ilin mart ayında UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri təyin olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right