"Neftçi" nigeriyalı hücumçu üçün danışıqlara başladı SON DƏQİQƏ

Neftçi”nin yeni transfer hədəfi bəlli olub.

Newsport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın istədiyi hücumçu Adeleke Akinyemidir.

Paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubunun formasını geyinən nigeriyalı hücumçu üçün danışıqlara start verib. 

“Neftçi” hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədər olan hücumçunun keçidini bu ay reallaşdırmaq niyyətindədir. 

28 yaşlı forvard “Real Saffir” (Nigeriya), “Serdarlı” (Şimali Kipr), “Skenderbeu”, “Laçi” (hər ikisi Albaniya), “Trepça” (Kosovo), “Renova”(Şimali Makedoniya), “Ventspils” (Latviya), “Start”, “HamKam” (hər ikisi Norveç), “Karvina” (Çexiya), “İlveş” (Finlandiya) klublarında oynayıb.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right