Zubirdən vida mesajı "Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”

“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:

“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.

O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right