Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Desmond Akuanın keçidi rəsmiləşdirilib.
Belçikalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. 24 yaşlı futbolçu son olaraq Belçika “Dender”ində çıxış edib. O, ötən mömsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyuna 2 qol vurub.