“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçdi

“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək.

22 yaşlı forvardla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right