“Qarabağ” Bikalyo üçün daha bir təklifi rədd etdi

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo üçün son təklifini edib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalılar transferi 1,5 milyon dollara həyata keçirmək istəyib. Lakin Azərbaycan klubu Rio-de-Janeyro təmsilçisinin təklifini rədd edib. Çünki ağdamlılar bir neçə gün əvvəl hətta Rusiya “Rubin”inin Pedro üçün 2,5 milyon dollarlıq təklifinə “yox” cavabı vermişdi.

“Qarabağ”ın imtinasından sonra “Botafoqo” rəhbərliyi futbolçu ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib. Klub orta sahəyə Dominqos Andradeni cəlb etdiyindən, artıq diqqətini başqa mövqeləri gücləndirməyə yönəldib.

Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən Pedro Bikalyo ölkəsində “Kruzeyro”, “Palmeyras” kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right