“Sabah” – “Orhus” matçına nə qədər bilet satılıb?

“Sabah” – “Orhus” matçında anşlaq ola bilər. Matça bir gün qalsa da, satışa çıxarılan biletlərin böyük əksəriyyəti satılıb.

Newsport.az-ın klubdan aldığı məlumata görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçına indiyədək 6500 bilet satılıb. Qarşılaşmanın keçiriləcəyi “Bank Respublika Arena”nın tutumunun 8700 nəfərlik olduğunu, qarşılaşmaya bir gün qaldığını nəzərə alsaq, bu, olduqca realdır.

Xatırladaq ki, ilk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right