Azərbaycanın 2 boksçusu qızıl medal qazandı

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

Newsport.az xəbər verir ki, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi iki idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Boksçularımız – Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən təmsilçilərimiz görüşü vaxtından əvvəl tam üstünlüklə xeyirlərinə bitiriblər.

Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right