"Araz-Naxçıvan"dan ayrılan müdafiəçi "Səbail"də

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq “Araz-Naxçıvan”da çıxış etmiş Slavik Alxasovu heyətinə qatıb.

Newsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Slavik Alxasov kareyarası ərzində “Araz-Naxçıvan”dan başqa, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah” və “Zirə”nin heyətində çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right