“Orhus”un baş məşqçisi: “Düzəltməli olduğumuz məqamlar var”

“Bakıya qələbə ilə yollanacağımız üçün çox şadam. Düzəltməli olduğumuz məqamlar var”. Bu sözləri “Orhus”un baş məşqçisi Yakob Poulsen UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”a qarşı ilk oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, xüsusilə ikinci hissənin əvvəlində oyuna tam nəzarət etdiklərini bildirib: “Amma “Sabah” hesab arasındakı fərqi azaltdıqdan sonra bu nəzarəti itirdik. Əsas olan qalib gəlmək idi və buna nail olduq”.

Poulsen dubl edən Ceyms Boqerenin çıxışını yüksək qiymətləndirib. O, 18 yaşlı uqandalı hücumçunun buna layiq olduğunu bildirib: “Artıq vaxtı idi. O, indiyədək qol vurmamışdı. Buna görə də qolların məhz indi gəlməsi sevindiricidir. Vurduğu qollar isə möhtəşəm idi. Bu yaşda belə çıxış etmək təsiredicidir. O, inanılmaz enerjiyə malikdir, çox yüksək intensivliklə qaçır və komanda oyununda da əvvəlkindən daha yaxşı iştirak edir. Ceyms çox yaxşı tamamlayıcıdır. Bunu təkcə “Sabah”la oyunda yox, məşqlərdə də görürük. Düzdür, hər gün belə qollar vurmur. O, klassik mərkəz hücumçusu deyil. Dərinliyə qaçışları, texnikası və digər keyfiyyətləri rəqiblər üçün ciddi problem yaradır. Üstəlik, əksər müdafiəçilərdən daha sürətlidir”.

Xatırladaq ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right