"Sumqayıt" braziliyalı futbolçu Lukas Blakı transfer edib.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sumqayıt təmsilçisi 26 yaşlı barziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur. O karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib.
Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən "Ferroviario"da forma geyinib.