“Sabahın Ulduzları” tunirin iştirakçı komandaları arasında dəyişiklik olub.
Newsport.az xəbər verir ki, bu barədə Bakı Futbol Federasiyası Təşkilat Komitəsi məlumat yayıb.
Əvvəlcə bildirilib ki, “Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FİFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.
Qeyd olunub ki, “Şəfa”nın heyətində 2011-ci il təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa”nın müraciətinə əsasən, komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.
U-15 yaş qrupunda yarışlara "Şəfa"nın əvəzinə "Rekord" komandası buraxılıb.