Azərbaycan təmsilçisi "Sabah"ın Çempionlar Liqasnın 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Orhus"la keçirəcəyi matç "İctimai TV"də yayımlanacaq.
Newsport.az xəbər verir ki, sözügedən görüş bu gün oynanılacaq və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matç Danimarkada keçiriləcək.
Sözügedən oyunu "İctimai TV" vasitəsi ilə canlı izləmək mümkün olacaq.
Bu komandalar arasında cavab görüşü isə avqustun 11-də Masazırda oynanılacaq.