Bölgə klubunun yeni baş məşqçisi məlum oldu

I Liqada mübarizə aparan "Zaqatala"nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisini Rakif Əliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Rakif Əliyev "Qəbələ" və "Kəpəz"də analitik kimi fəaliyyət göstərib, həmçinin, "Qarabağ"ın akademiyasında çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right