Azərbaycanlı futbolçu Zamiq Əliyev klubu “Eqnatiya”nın (Albaniya) düşərgəsinə qoşulub.
Newsport.az-ın xəbərinə görə, 25 yaşlı futbolçu UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu üçün komandanın iştirak ərizəsinə daxil edilib.
İrlandiyanın “Şemrok Rovers” klubuna qarşı keçiriləcək səfər matçına yollanan və klub tərəfindən açıqlanan heyətdə Z.Əliyevin də adı yer alıb.
Xatırladaq ki, Z.Əliyev hərbi xidmət məsələlərinə görə bir müddət idi Azərbaycanı tərk edə bilmirdi.