AFFA Hakimlər Komitəsinin iclasında 2026/2027 mövsümü üçün hakimlərin siyahısı təsdiqlənib

AFFA Hakimlər Komitəsinin iclası keçirilib.

Newsport.az quruma istinadən xəbər verir ki, İclasda 2026/2027 mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:

- Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;

- AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;

- Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.

Müzakirələrin yekununda 2026/2027 mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right