Hansı sahədə axsadığımızı bilirik və onları duzəltməyə çalışacağıq" - Cavid Hüseynov

“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov bu gün “Şəfa”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az xəbər verir ki, o, 0:2 hesablı yenilgidən sonra bunları söyləyib:

“İmişli” ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunu aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.

Ümumilikdə yoxlama oyunları komandada olan çatışmazlıqları görmək, təsbit etmək üçündür ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir, hansı sahədə axsadığımızı bilirik və onları duzəltməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right