Bu gün “Şəfa” v "Araz-Naxçıvan" arasında yoxlama oyunu keçirilib.
Newsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüş "Şəfa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Zaur Həşimovun komandasının qollarını Musa Quel və İsmayıl Zülfüqarlı vurublar.
Qeyd edək ki, "Şəfa" buna qədər “İmişli” (2:2) və “Qəbələ” ilə (1:1) heç-heçə edib. "Araz-Naxçıvan" isə "İmişli" ilə bərabərə qalıb (1:1), əvəzedicilərdən ibarət komandasına qalib gəlib (11:2).