Cahangir Fərəcullayev: "APL Fantasy" liqamıza marağı artıracaq"

Misli Premyer Liqası üçün hazırlanan “APL Fantasy” tətbiqinin təqdimatı keçirilib.

Newsport.az xəbər verir ki, “Radisson” otelində təşkil olunan mərasimdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin Azərbaycan futbolunda azarkeş auditoriyasının genişlənməsinə xidmət edəcəyini bildirib.

O, yeni tətbiqin uzun müddətdir futbolsevərlər tərəfindən gözlənildiyini vurğulayaraq, bunun Premyer Liqaya əlavə maraq qazandıracağını deyib:

“Bu layihə çempionatımızı daha cəlbedici edəcək. Dünyanın müxtəlif ölkələrində “fantasy” oyunlarına maraq kifayət qədər böyükdür. Məsələn, İngiltərə Premyer Liqasının fantasy platforması milyonlarla istifadəçini özündə birləşdirir. Azərbaycandan da həmin tətbiqdə 15 mindən çox qeydiyyat var. İnanırıq ki, “APL Fantasy” də azarkeşlər tərəfindən böyük maraqla qarşılanacaq. Əsas məqsədimiz futbola yeni azarkeşlər qazandırmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right