Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.

Bu barədə Newsport.az-a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.

Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.

Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right