Bakıdakı qəzada iki futbolçu həyatını itirdi

Ötən gün Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Newsport.az xəbər verir ki, Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil “Ford Transit” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə, minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişin Bəhruz Sultanov aldıqları xəsarətlərdən həlak olublar.

Yük maşınının sürücüsü Mais Abbasov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzada ölən Sultanov və Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub. (“unikal.az”)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right