“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Newsport.az saytına müsahibəsi:
- UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda SSKA (Bolqarıstan) ilə bərabərə qaldınız (0:0). Görüşlə bağlı fikirləriniz necədir?
- Çətin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar bütün güclərini meydanda qoydular, bizə qarşı çox yaxşı çıxış etdilər. Biz də qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı.
- İstədiyiniz nəticəni qazanmağınıza nə mane oldu?
- Müəyyən çatışmazlıqlarımız oldu. Qol epizodlarından faydalana bilmədik. Bu da nəticəyə öz təsirini göstərdi.
- Cavab matçından gözləntiləriniz?
- Bəzi şeyləri dəyişməliyik. İkinci matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz səfərdə mərhələ adlamaqdır.
- Uğurlu nəticə üçün nələri dəyişmək lazımdır?
- İlk matçda çoxlu top itkilərinə yol verdik. Səfərdə daha diqqətli olmalıyıq. İstənilən halda “Qarabağ” yüksək səviyyəli komandadır və bunu ikinci görüşdə göstərməliyik.
- Azarkeşlərə nə demək istərdiniz?
- Ötən ev oyununda olduğu kimi, bu dəfə də azarkeşlər bizə əla dəstək nümayiş etdirdilər. Onları sevindirməyi çox istəyirdik. İnanıram ki, növbəti matçlarda fanatları daha çox sevindirəcəyik.