"Azərbaycanlı futbolçulara üstünlük vermək istəyirik" - "İmişli"nin baş məşqçisi

"İmişli"nin yeni loqosonun təqdimat mərasimində komandanın baş məşqçisi Fərid Namazov da iştirak edib.

Newsport.az xəbər verir ki, mütəxəssis yerli futbolçulara üstünlük verəcəklərini bildirib:

"Sadiq Məmmədzadəni kluba mən məsləhət görmüşəm. Məndən qabaq da əlaqələri olub. Hər halda, təklif etdiyimiz oyunçular olsa belə, klubun maraq dairəsində olmalıdırlar. U-21 milli komandasında fəaliyyətimi dayandırmışam.

Legioner və yerli futbolçular eyni səviyyədədirsə, üstünlüyü yerliyə verəcəyik. Milli komanda və maliyyə məsələsi var. Bəzi mövqelər var ki, mütləq legionerlər gələcək. Ötən mövsümdən 6-7 legioner komandadadır. Komandanı ötən mövsüm Premyer Liqada saxlayaıblar. Müqaviləsi olan oyunçuya təklif gələ bilər. Alternativlərə baxırıq. Əlimizdəkini qorumaq istəyirik, olmasa yeniləri gətirəcəyik. Azərbaycanlı futbolçulara üstünlük vermək istəyirik, tapmasaq, legioner gətirəcəyik.

Məşqçi heyəti ötən mövsüm yaxşı iş görmüşdü, onlara təşəkkür edirəm. "İmişli" yuxarıda qərarlaşan komandalara qarşı yaxşı çıxış edib. Keçən il üsluba, fəlsəfəyə görə futbolçular az qaçıblar. Daha hücumameyilli oynamağı fikirləşirik. 10 gündür yığılmışıq, daha çox bununu üzərində çalışırıq. Top bizdədirsə, nə edəcəyini bilən komanda olmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right