“Sabah”ın TNS-lə növbəti sınağı Yenilənir

“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasına rəqib olan paytaxt klubu Bakıdakı görüşdə 2:0 hesablı qələbəyə sevinmişdi.

Azərbaycan çempionu bu uğurun davamını səfər matçında da gətirməklə mərhələ adlamağa çalışacaq. Oyunu ispaniyalı hakimlər idarə edəcəklər.

Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul

21:30. TNS – Sabah
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya).
Osvestri. “Park Holl”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right