Ötən mövsümü "Səbail"də keçirmiş Rəşad Əzizli karyerasına Premyer Liqada davam edəcək.
Newsport.az xəbər verir ki, 32 yaşlı qolkiper “Kəpəz”lə anlaşıb.
O, Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Əzizli karyerası ərzində “Rəvan”, “Neftçi”, “Sumqayıt”, “Keşlə”(indiki “Şamaxı”), “Zirə”, “Qəbələ”, “Sumqayıt” klublarının qapısını qoruyub.