Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Newsport.az PFL-ə istinadən xəbər verir ki, mərasim iyulun 17-də "Holiday Inn" hotelində baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.