DÇ-2026-nın 1/8 finalında keçirilən İspaniya - Portuqaliya oyununun (1:0) ən yaxşısı müəyyənləşib.
Newsport az FİFA-nın saytına istinadən xəbər verir ki, matçın ən yaxşısı adına İspaniya millisinin üzvü Rodri layiq görülüb. Meydana start heyətində çıxan təcrübəli yarımmüdafiəçi görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, İspaniya millisi mundialın 1/4 finalında ABŞ - Belçika oyununun qalibi ilə üz-üzə gələcək.