Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Kamilla Məmmədova karyerasını Qazaxıstanda davam etdirəcək.
Newsport.az xəbər verir ki, o, bu ölkənin "Şaxtyor" komandası ilə anlaşıb.
Bu barədə Karaqandi təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məmmədova ilə mövsümün sonunadək müqavilə imzalanıb.