“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı növbəti rəqibi məlum olub.
Newsport.az xəbər verir ki, klubun yaydığı məlumata görə, bölgə təmsilçisi Qətərin “Əl-Xaraitiyat” klubu ilə qarşılaşacaq.
Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, "Şamaxı" iyulun 20-də "Kəpəz"lə, iyulun 30-da "Sumqayıt"la, avqustun 4-də isə “Qəbələ” ilə yoxlama oyunu keçirəcək.