"Neftçi" "Partizan"a uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiyanın "Partizan" klubu ilə üz-üz gəlib. Qarşılaşma Belqrad təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" Sloveniyada ilk hazırlıq matçını ÇFR-ə (Rumıniya) qarşı keçirib. "Ağ-qaralar" bu görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right