"Qəbələ" futbolçusu Seydina Keyta ilə yolları ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmti məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan seneqallı futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.