Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər

Niderland millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri müəyyənləşib. Newsport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində məlumat yayıb. "Liverpul"un sabiq çalışdırıcısı Arne Slot milli komandanın baş məşqçi vəzifəsi üçün qısa siyahıya daxil edilib. Tərəflər arasında ilkin danışıqlar da artıq baş tutub. Xatırladaq ki, iyulun 1-də Niderland Futbol Assosiasiyası Ronald Kumanla yolları ayırmaq qərarrına gəldiklərini açıqlayıb. Qeyd edək ki, Arne Slot 2024/2025 mövsümündə Mersisayd təmsilçisini İngiltərə çempionu edib. Klub 2026-cı ilin mayında mütəxəssislə yollarını ayırdığını rəsmən elan etmişdi.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right