"Kəpəz"in yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yoxlama matçlarının vaxtları açıqlanıb.
Newsport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv üç oyuna çıxacaq.
Gəncə təmsilçisi iyulun 14-də "Qəbələ", iyulun 20-də "Şamaxı", iyulun 26-da "Sumqayıt"la qarşılaşacaq.
"Qəbələ" və “Sumqayıt”a qarşı oyunlar Qəbələ şəhər stadionunda baş tutacaq.
"Şamaxı"ya qarşı keçiriləcək oyun isə Şamaxı keçiriləcək.