"Seltik" "Qarabağ"ın forvardı üçün növbəti təklifi göndərdi

"Qarabağ"ın forvardı Kamilo Duran "Seltik"ə keçə bilər.

Newsport.az "Daily Record"a istinadən xəbər verir ki, Şotlandiya nəhəngi kolumbiyalının keçidi üçün "Qarabağ"a növbəti dəfə müraciət edib.

"Qarabağ" "Seltik"in 1,7 milyon funt sterlinqlik ilk təklifini rədd edib. Buna baxmayaraq, Qlazqo təmsilçisi Duran üçün növbəti təklifi də göndərib. 

Ağdam klubu Duran üçün 3 milyon funt sterlinq istəyir. Hətta futbolçunun agentinin Şotlandiyaya yollandığı da iddia edilir.

Kamilonun "Qarabağ"la müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right