Avrokuboklarda mübarizə aparmalı olan klublarımız xaricdə toplanış keçirlər. "Qarabağ" və "Sabah" Avstriyada, "Neftçi" Sloveniyada, "Zirə" Türkiyədə hazırlaşır.
Newsport.az saytının əldə etdiyi məlumata görə, millinin məşqçilərindən Vüqar Mustafayev Avstriyada, Cavad Mirzəbəyli Türkiyədə, Elnur Çodarov Sloveniyada klublarımızı izləyir.
Qeyd edək ki, klublarımızdan ilk olaraq "Sabah" mübarizəyə başlayacaq. Masazır təmsilçisi iyulun 7-da "Bank Respublika Arena"da Uelsin TNS klubunu qəbul edəcək.