"Qarabağ" 7-ci transferini açıqladı

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib. Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam klubuna transfer olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
bildirlir ki, macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandamızın formasını geyinəcək.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin "Kozarmisleni"də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində komandamızın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas "Qarabağ"a qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right