"Sumqayıt" millimizin yarımmüdafiəçisi ilə müqavilə imzaladı

"Sumqayıt” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Emil Mustafayevin müqaviləsinin müddəti uzadılıb.

Futbolçu ilə Sumqayıt təmsilçisi arasında iki illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Emil Mustafayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edir. Azərbaycan milli komandasının üzvü olan yaşlı hücumameyilli yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right