15 yaşadək futbolçulardan ibarət komandalar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının iştirakçıları müəyyənləşməkdə davam edir.
Newsport.az xəbər verir ki, daha bir yığmanın oktyabrda ölkəmizə gələcəyi dəqiqləşib. Bu, Əfqanıstan millisidir.
Yerli futbol federasiyası açıqlama yayaraq, komandanın mundiala qatılacağını bəyan edib. Bildirilib ki, bu qərar ölkənin müxtəlif bölgələrində 14 yaşadək futbolçular arasında yarışların təşkili və uşaq futbolunun inkişafına yönəlmiş proqramların həyata keçirilməsi sayəsində qəbul edilib.
Qeyd edək ki, ölkəmizdə keçiriləcək U-15-lərin dünya çempionatı 22–31 oktyabr tarixlərinə planlaşdırılır.