Bu gün “Qarabağ” Avstriyada təlim-məşq toplanışı çərçivəsində daha iki yoldaşlıq oyunu keçirəcək.
Newsport.az xəbər verir ki, əvvəlcə Qurban Qurbanovun komandası Ukraynanın "Xarkov" klubu qarşılaşacaq.
Axşam saatlarında isə “Qarabağ”ın rəqibi "Ferensvaroş" olacaq.
Təlim-məşq toplanışı zamanı "atlılar" Avstriyanın "Tirol" komandasını (4-0) məğlub etmişdilər.
15:00 "Qarabağ" (Azərbaycan) – Xarkov (Ukrayna)
19:30 "Qarabağ" (Azərbaycan) – "Ferensvaroş" (Macarıstan)