Azərbaycan 1-ci liqası komandalarından "Şahdağ Qusar" yeni futbolçu transfer edib.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Sabah"dan Seymur Məmmədovu transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan U-21 millisinin sabiq üzvü olan Seymur son mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.