Azərbaycanın U-21 yığmasının keçmiş hücumçusu, "Neftçi"nin forvardı Ağadadaş Salyanski Bakı klubunu tərk etməyə hazırlaşır.
Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Şamaxı” maraqlıdır.
Bölgə klubunun baş məşqçisi Azər Bağırov Salyanskini sərəncamında görmək istəyir və buna görə də, klub rəhbərliyindən onun icarəyə götürülməsini xahiş edib.
Rəhbərlik də hazırda Ağadadaşı icarəyə götürmək üçün "Neftçi" tərəfi ilə danışıq aparır və ilkin razılıq da əldə edilib.