Serbiya mətbuatı “Partizan”ın Cəfərquliyevə marağından yazdı

Serbiyanın “Partizan” klubu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

Newsport.az xəbər verir ki, “Sportissimo Republika” nəşri Belqrad klubunun rəhbərliyi bir müddətdir ki, sol cinah müdafiəçisi axtardığını və Cəfərquliyevin onların hədəflərindən biri olduğunu iddia edib.

Serblər azərbaycanlı futbolçu haqda bunları yazıb: “Artıq bir neçə aydır ki, futbol dairələrində "Partizan"ın Cəfərquliyev kimi etibarlı müdafiəçini transfer etməkdə ciddi marağının olduğu söhbətləri gedir. Lakin serblərin hazırda "Qarabağ"ın müdafiəçisi ilə müqavilə imzalamaq üçün danışıqlar aparıb-aparmadığı barədə məlumat verilməyib".

25 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right