"Neftçi" hazırlığın ilk mərhələsini başa vurdu

"Neftçi" yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 

Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini “Palms Sports” Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb. Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyinib.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. “Ağ-qaralar” həmin müddət ərzində 4 yoxlama görüşü keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right