Ceyhun Sultanov bu klubun prezidenti təyin olundu

Bu gün “Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.

Newsport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub. İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov Azərbaycan milli komandasının da formasını geyinib, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right