Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” Kilan Lebona “elçi” düşüb.
Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi “Neftçi”nin sabiq futbolçusunu heyətinə qatmağı planlaşdırır.
Hazırda Cənubi Koreyanın aşağı liqa klubu olan “Jeonnam Draqons”un formasını geyinən 28 yaşlı futbolçu Azərbaycana geri qayıtmağa müsbət yanaşır. Sadəcə məsələ maliyyə ilə bağlıdır.
“Kəpəz” onun istədiyi şərtləri yerinə yetirə bilərsə, Lebonu heyətinə qata biləcək.
Sent-Martin milli komandasının üzvü olan Lebon “Paris”, “Qazelle Ayaçço”, “Kretel”, “Beroe”, “Astana”, “Kalitea” klublarında oynayıb.