Valdas Dambrauskas: "Oyun üslubumuzu yeniləməliyik"

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibləri Uelsin TNS komandası barədə danışıb.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Litvalı mütəxəssis hər bir rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edərək bildirib: "İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir".

Püşkatmanın nəticəsini dəyərləndirən baş məşqçi rəqibin kimliyinin kağız üzərində əhəmiyyətsiz olduğunu vurğulayıb: "Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər".

Dambrauskas qarşıdakı iki həftəlik təlim-məşq toplanışına da toxunaraq hazırlıq planlarını açıqlayıb: "İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etmeli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək".

Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq və Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right