Portuqaliyalı hücumçu Pedro Markes “Neftçi”nin maraq dairəsində olmaqda davam edir.
Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan təmsilçisi ilə yanaşı, daha bir klubun radarındadır. Bu, Limassol AEL-idir.
Mövsüm başa çatan kimi “Apollon”dan ayrılan Markes hazırda azad agent statusu daşıyır. “Sportinq”in yetirməsi qərar verməkdə tələsmir. Çünki forvard onunla maraqlanan klublardan illik 400 min avro maaş tələb edib.
Qeyd edək ki, Pedro Markes Portuqaliyanın aşağı yaş qrupu üzrə millilərində çıxış edib.