Klisman “Neftçi”nin hədəfində

2026-27 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin daha bir transfer hədəfi müəyyənləşib.

Newsport.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” Portuqaliyanın “Santa Klara” klubunun yarımmüdafiəçisi Qustavo Klismanla maraqlanır.

Braziliyalı orta sahə oyunçusu 2025-ci ili icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda keçirib. 26 yaşlı futbolçunun “Santa Klara” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Bu üzdən “Neftçi” transferi reallaşdırmaq üçün qarşı tərəfə təzminat ödəməlidir. Portuqaliyalılar Klismanın keçidindən minimum 500 min, maksimum 1 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Qustavo Klisman “Santa Klara”nın heyətində iki mövsümdə 74 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right