Rumınlar “Qarabağ”dan ehtiyatlanır

Rumıniyanın “Universitatea” klubunun prezidenti Radu Konstante UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblər barədə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, klub rəhbəri yerli mətbuata açıqlamasında bəzi komandaları fərqləndirib.

O, güclü mümkün rəqiblər arasında Azərbaycanı bu turnirdə təmsil edəcək “Qarabağ”ı da göstərib: “Rəqiblər baxımından bizi çətin vəzifənin gözlədiyi aydındır. “Ferentsvaroş”, Kiyev “Dinamo”su, “Hayduk” və “Qarabağ” son dərəcə güclü komandalardır. Püşkatmanın nəticəsinin böyük rolu olacaq. İstənilən halda, komandanı yaxşı hazırlamaq lazımdır. Növbəti mərhələyə yüksəlmək şansımızı artıracaq əsas amil püşkatma deyil, məhz hazırlıq səviyyəmiz olacaq”.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. “Qarabağ”ın mümkün rəqibləri “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatea” (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri”dir (İslandiya).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right